Əsas məzmuna keç

Qəsidə

Şükr kim, çərx istiqamət üzrə dövran eylədi

Məhəmməd Füzuli

1

Şükr kim, çərx istiqamət üzrə dövran eylədi, Cəm’i-əhli-dövlət ə’dasin pərişan eylədi. Dəhrə xəlqi-Bəsrəvü əhli-Cəzayir fitnəsi Çox zamanlar gərçi qan yutdurdu, pünhan eylədi,

Aqibət bimi-zərərdən padişahi-aləmi, Bizzərurə vaqifi-asari-isyan eylədi. Qeyrəti-hökmi-xilafət ol diyarın fəthini Bir mücahid bəndeyi-məqbulə fərman eylədi. Məzhəri-rəhmət, Əyasi-mərhəmətəndişə kim, Ani övci-ədlə Həq xurşidi-rəxşan eylədi, Sayəvəş toprağa saldı düşməni-bədxahini, Hər yerə kim, rə’yəti əzmin xuraman eylədi. Bəsrə təsxiri, Cəzayir fəthi müşkil əmr ikən, Əshəli-əmr ilə bu dişvari asan eylədi. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkinə isbati-istehkamdır.

Qıldı Bağdad üzrə fəth içün mürəttəb bir sipah Kim, ələmdən bad təhrikilə məsdud oldu rah. Kəsrət ol qayətdə kim, əncüm tökülsə çərxdən, Ziynət içün bir gühər bulmazdı onda hər külah. Gər səba nagəh arayə düşsə manəndi-hübab, Onlara iltirdi ləşkər izdihamından pənah. Vəhş ilə teyrü mələk yüz dutdu qürbət əzminə, Qalmayıb onlara ləşkərdən vətəndə cayigah. Hər yana qaldırdı rə’yət bir əmiri-namidar, Hər yana səf bağladı bir sərvəri-Cəmşidcah, Dutdu səf-səf yer üzün ləşkər süturi-xət kimi, Ol xətin məzmüni istiqlali-hökmi-padişah. Etmək olmaz böylə ləşkər cəm’ini tədbir ilə, Yarü yavər olmasa tövfiqü tə’yidi-ilah. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə-isbati-istehkamdır.

Mahi-növdən Dəclədə göstərdi zövrəqlər misal, Kim görübdür kim, ola bir asimanda min hilal. Hər biri bir tayiri-övci-bəladir tizpər, Seydi-mürği-ruhi-xəsm eylər qılıb təhriki-bal.

Yoxsa saildir, dəhanində qızıl bayraq zəban Hakimi-təqdirdən fəthi-bilad etmiş sual.

Könlü açılmış, məgər bulmuş bu rəng ilə cəvab Çərxi-əxzərdən ki, mane yox təvəccöh eylə al!

Suda bir zövrəqmi? Yaxud ağzın açmış bir nəhəng Beyrəq ol atəş ki, bulmuşdur dəmindən iştial.

Sərvəri-sahibzəfər zövrəqlər ziynət verib, Qıldı düşmən mülkünə ərsali-əsbabi-qital.

Saldı qovğayi-tüfəng məğzinə ə’danın qiriv Buldu vəhmindən mizaci-mülki-düşmən ixtilal.

Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-istehkamdır.

Rayətin bir canibindən eyləyib gərdun xüram, Gərdi-ləşkərdən rüxün gərdunun etdi mişkfam. Rüxsəti-əzmi-qəza Şahi-Nəcəfdən istəyib, Gəldi dərgahinə göstərdi təriqi-ehtiram. Buldu ol sultani-adildən kəmali-iltifat, Pir irşadiylə xoşdur hər əməldə ehtimam. Büq’ə-büq’ə qıldı teyy mə’mureyi-məhrusəyi Aldı feyzi-fəthi-mülk içün duayi-xasü am. Yetdi ol sərhəddə kim, ağazi-mülki-xəzmdir, Girdi ol meydanə kim, hökm onda olmuşdur təmam. Gəldi ol mənzildə ruzi-eyd kaxi-payinə, Fəthdən verdi bəşarətlər kim, ola şadikam. Yeddi əxtərdən fələk düzdü onunçün bir qətar Kim, çəkər səhrada əsbabi-sipahin sübhü şam. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-isehkamdır.

Şeyxi Ali-Qaş’əmin şərrilə bir şeytan idi, Məmləkət içrə fəsadi şöhreyi-dövran idi.

Gərçi surətdə itaət zahir eylərdi, vəli Surəti-axşami xali-çöhreyi-üsyan idi. Müqtədasi əmrü nəhyindən həvayi-nəfs olub, Şər’ hökmü vadiyi-rə’yində sərgərdan idi. Qanğı xirmənsuxtə zər’inə qılsa bir nəzər, Bəzr üçün hər nəsnə kim qoysaydı, bir ehsan idi. Baş çıxarmaq istəməzdi zər vəhmindən onun, Gərçi fəllahin gözü yaşı ona baran idi. Hər evə bir gecə mehman olsa qövmündən biri, Adı mehmanlıq, vəli mə’nidə bir talan idi. Qıldı paşayi-səadətmənd rəf’ ol fitnəyi, Sanmanız kim, dəf’i-tədbiri onun asan idi. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-istehkamdır.

Ol qəzadən kişvəri-ə’dayə dəprəndi ələm, Düşdü bir səhrayə rəh kim, artırır zikri ələm, Bir biyaban kim, yox onda növ’i-insandan əsər, Ona nisbət vadiyi-mərdümnişin mülki-ədəm. Nəqşi-rigi xətti-afət, növki-xari tiği-kin, Yer mizacında bəla müzmər, həva təb’ində səm. Fəsl həm bir fəsl kim, sərd olmağın abü həva, Xəlqdən qət’i-həyat eylərdi Isa ursa dəm. Öylə mühlik şiddəti-dey kim, hərarət bulmağa, Gördüyü yerdə düşərdi odlara xurşid həm. Öylə qate’ tiği-sərma kim, ləhəddən çıxmağa, Ruh əgər əmvatə övd etsəydi eylərdi sitəm. Böylə mövsim böylə səhrayi dəlili-xeyr ilə Qət’ edib ləşkər Cəzayir mülkünə basdı qədəm. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-istehkamdır.

Ərseyi-mülki-Cəzayir oldu nagəh aşikar, Himmətə ərz etdi gərdun bir nihayətsiz diyar. Kəsrəti-əşcari ol qayətdə kim, ol mülkdə Bilməmiş abü zəmin hərgiz ki, bir xurşid var.

Sanasan hər nəxli bir julidəmu divanədir, Gər ona zəncir ab olmazsa, dutmazdı qərar. Ərseyi-şətrənctək səhnində şətlərdi xütut, Qəl’ələr xət kimi ol şətt üzrə bihəd bişümar. Gərçi onlar məqsədi-əsli degildi ləşkərə Olmağın ol firqeyi-napak xaki-rəhgüzar, Əshəli-əmr ilə çox sərləşkəri pamal edib Binəhayət qəl’əyi-möhkəm olundu tarümar. 55 Qəl’ələr fəthin kilidi-babi-nüsrətdür deyü Səfheyi-əyyamə təhrir etdi kilki-ruzigar. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-istehkamdır.

Oldu ondan sonra peyda Bəsrə əhlindən nişan, Fitnə odundan şərərlər qıldı zahir asiman. Gəldi istiqbalə çox səngindilü ahənqəba Oldu aləmsuz səngü ahəni-atəşfəşan. Hər dilavər nadiri-mülki-Xorasanü Iraq, Hər mübariz sərxəti-məcmueyi-Hindustan. Ləşkəri-islam ilə ağazi-ülfət eyləyib Aşinalıq dəmbədəm əfzun olub qaynardı qan. Münhəzim ləşkərdən amma bir ələmsiz həm degil, Zəhri ol qövmin zənəbdən saçılıb zənbursan. Ol fəzayi-möhnətəfzadən yetincə Bəsrəyə, Dəhr baği-fitnədən bir gül açardı hər zaman. Leyk bir fərd olmadı zaye’ sipahi-Rumdən, Rəzm sevdasında ol tüccarə düşmüşdü ziyan. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır. Padişahın mülkünə isbati-istehkamdır.

Bir səhər kim tiği-zərrin çəkdi şahi-baxtər, Gög üzündə qoymadı əncüm sipahindən əsər. Bəsrəyə qarşı sipahi-Rumdən ərz oldu səf, Bağladı ruyi-zəmin bədxah qətlinə kəmər.

Rə’yəti-xəzra çəkildi ol həsarın fəthinə, Yoxsa qəl’i-qəl’eyi-küffarə Cibril açdı pər? Nəhri-ə’şari üburi-ləşkər içün doldurub Mari-Zöhhakə Firiduni-zəman buldu zəfər. Çeşmi-xurşidi sinanü rumhi-xunxar etdi kur, Guşi-gərduni sədayi-nayi-ruyin qıldı kər. Gəldi düşməndən müqabil bir sipahi-bikəran Kim, səvadi-kəsrətin həsr edə bilməzdi nəzər. Ləşkəri-islamə nüsrət verdi lütfi-Kirdigar, Şam olunca qalmadı ol şö’lələrdən bir şərər. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-istehkamdır.

Şam kim rüxsarə çəkdi xosrovi-əncüm niqab, Qıldı Şeyxi-Bəsrə bəxti səltənət təxtində xab. Verdi əqlü rə’yinə dəxli-məhabət inhiraf, Saldı cismü canına əmri-səlabət iztirab. Qaçdı ol duni-siyəhru dövlətü iqbaldən, Öylə kim, şəhbaz vəhmindən fərar eylər qürab. Sayəsin toprağə saldı hər tərəfdən ol həsar, Salıcaq bir canibindən şö’leyi-xurşid tab. Sübhdəm paşayi-adildən münəvvər oldu mülk, Oldu zail zülməti-şəb saldı pərtöv afitab. Verdi mülkü malü cismü canına xalqın aman, Qıldı cənnət ol yeri, cənnətdə xud olmaz əzab. Yetmədən acizlərə qövğayi-ləşkərdən zərər, Bitəkəllüf xoş kəramətdir zərərsiz inqilab. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-istehkamdır.

Sərvəra, bədxah xaki-rəhgüzar olsun sana, Qanda kim, əzm eyləsən tövfiq yar olsun sana! Olmasın başından əskik padişahın sayəsi, Hirzi-dövlət sayeyi-Pərvərdigar olsun sana!

Qılmasın lütfi nihan rə’yi-müniridən fələk, Hər nihani-lütf kim var, aşikar olsun sana! Çəkməsin şəmşirdən minnət səlahi-dövlətin, Müslihi-əhval dövri-ruzigar olsun sana! Fəth üçün hər qanda kim, dəprənsə əzmin rə’yəti, Düşməni-bədxah xarü xakisar olsun sana! Olmasın xamuş baği-mədhinin bülbülləri, Daii-dövlət Füzulitək həzar olsun sana! Əvvəli-əzmində fəthi-mülkə nüsrət bulduğun, Mövcibi-təkmili-izzü e’tibar olsun sana! Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-istehkamdır.

* * *

K’andan tapar xaki-zəmin feyzi-bahari-dilgüşa.

Bürhani-Həqdir, ey könül, hər nəstərən nisbətli gül, Sane’ olan mümkün degil, məsnu’idən olmaq cüda.

Ta xətmi-əhvali-dərun ərz etdi əqli-zifünun, Mə’budə oldu rəhnümun, tapdı təriqi-ihtida.

Sabit həqi gülnar edər, xaliq ki, yoxdan var edər, Bir kandan izhar edər min türfə lə’li-xoşnüma.

Cəm’i-pərişan kim, itər, rəhbərləri sünbül yetər Kim, tirə torpaqdan bitər, eylər könüllər mübtəla.

Həq məzhəridir hər çiçək, gər dutsan ey nəqqaş şək, Bir narvən şəklini çək, vergil ona nəşvü nəma.

Xət verdi reyhan kim, yəqin bir Tanrı var, ey əhli-din,

Dutmuş həqə nərgiz yüzün, açmış həqiqətbin gözün, Qılmış nəzər, görmüş özün sirri-həq ilə aşina.

Bustanda gör nilufəri, dutmuş təriqi-bərtəri, Əzharın olmuş rəhbəri, gör onda əsrari-Xuda.

Rahi-tələbdir biədəd, mə’budə ey əhli-xirəd, Gər istəsən qürbi-səməd, sədbərg olur rəhbər sana.

Zinhar məhv ol hikmətə, baxqıl kəmali-qüdrətə, Nilufəri-xoşsurətə, gör kim verir abü həva.

Gər olmasan mədhuştək, baxsan bir əhli-huştək, Həqqa ki, bərzənguş tək, təsbihxandır hər giya.

Şah oldu minbər yeksərə, çıxdı kinufə minbərə, Səlvat edər Peyğəmbərə, səllüəla xeyrülvəra.

Səhni-çəməndə ərğəvan, hər bərgini etmiş zəban, Təkrar eylə hər zəman mədhi-Əliyyül-Murtəza.

Zaye keçirməz yasəmin ömri-lətifü nazənin, Ixlas ilə eylər özün xaki-rəhi-Xeyrün-nisa.

Türbə rəyahin sərbəsər kəsb etdi ətri-müşki-tər, Xülqi-Həsəndən bir əsər gülzarə göstərcək səba.

Zahir qılır xunin kəfən, lalə qılır yüz parə tən, Dutar dönüb tərfi-çəmən, Şahi-şəhid içün əza.

Abidsifət çəkməkdə qəm, olmuş bənövşə qəddi xəm, Guya qılır ol pak həm, Zeynəl-Ibadə iqtida.

Qəm dəf’i içün hər tərəf, gülşəndə çəkmiş səbzə səf, Baqir sənasində şəğəf bulmuş qılır virdi-səna.

Feyzi-Həq etmiş arizu, çıxmış şəqayiq sürxru, Qılmış biəmri-Həq gülü Sadiqi qılmış pişiva.

Qəhr ilə çərxi-lacivərd gər yasəmini qılsa zərd, Nə qəm çu görcək əhli-dərd, eylər ona Kazim dəva.

Kəşf etməyə əsrari-Həq açmış səmən simin vərəq, Vermiş ona guya səbəq, elm içrə şahi-din Riza.

Lö’bətsifət gör zənbəqi, gülzara vermiş rövnəqi, Olmuş həvaxahi-Təqi, kəsb eyləmiş ondan səfa.

Məddahtək susən dili olmuş mədayih naqili, Mədhinin olmuş qaili, sultan Nəqiyyi-bəhr əta.

Nəsrinin açıq dəftəri olmuş həqayiq məzhəri, Ondan sifati-Əskəri fəhm etmiş ərbabi-zəka.

Vəqt oldu qönçə açıla, gül xürdəsin zahir qıla, Mehdi zühurini bilə, faş edə sirrini qəza.

Hər yerdə ta novruz ola, gül busitanəfruz ola, Novruz tək firuz ola əyyami-şahi-övliya.

Yə’ni güli-gülzari-can, Heydər imami-mö’minan, Ol kim, onadır bigüman, miskin Füzuli bir gəda.

* * *

Lüğət: Əhli – raz – sirr əhli, sirdaş; Pünhan – gizli; Bimi – duzəx nari-qəm salmış dilisuzanimə – cəhənnəm qorxusu yanar könlümə qəm odu salmışdır; Vaqif – xəbərdar; Məzhər – bir şeyin zahid olduğu yer; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Rəxşan – işıqlı, parlaq; Əshəl – daha asan; Mürəttəb – tərtib edilmiş; Sipah – qoşun; Məsdud – bağlanmış, qapanmış; Rah – yol, şərab; Əncüm – ulduzlar; Manənd – oxşar, oxşatmaq; Teyr – quş, uçuş; Qürbət – yaxın olmaq L; Sərvər – başçı; Yavər – köməkçi; Mahi – taban – parlaq ay; Hilal – yeni çıxmış ay; Seyd – ov, şikar; Mürğ – quş; Xəsm – düşmən; Bal – qanad; Zəban – dil; Təqdir – olacaq şeyin Allah tərəfindən qabaqcadan müəyyənləşdirilməsi; bəyənmək, qədrini bilmək; Çərxi – çənbəri – dairəvi səma; Əxzər – yaşıl; Təvəccöh – rəğbət göstərmək; Əsbabi – müstəar – müvəqqəti ləvazimat; Mizaci – namiyyə – böyümək mizacı; Gərdun – dönən; fələk; dünya; Gərd – toz; Mişkfam – müşk rəngli, qara; Təriqi – hüda – hidayət yolu, doğru yol; Əməl – arzu; iş; Ağaz – başlamaq, başlanğıc; Ruzi – həşr – məhşər günü; Bəşarət – müjdə; Əxtər – ulduz; Düzd – oğru; Şam – axşam; vilayət adı; Ali – Əhmədi-Muxtar – Məhəmmədin (s.ə.s.) nəsli; Əmin – inanılmış, mötəbər; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Xali – boş; Həvayi – dari-vəfa – burada fədakarlıq, iradə; Vadiyi – ğəm – qəm səhrası; Qanğı – hansı; Baran – yağış; Kişvər – ölkə, məmləkət; Rəh – yol; Ədəm – yoxluq; Afət – bəla, gözəl; Növki – xar – tikan ucu; Müzmər – gizli; Təb – qızdırma; Sərd – soyuq; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Mühlik – təhlükəli; Dey – qış mövsümü, şəmsi ilinin onuncu ayı; Qate – kəskin; Sərma – soyuq, qış; Ləhəd – qəbir; Sitəm – zülm – əziyyət; Dəlili – zilləti-üsyandır təərrüzi-hal – vəziyyətə etiraz üsyan zəlilliyinə dəlildir; Əşcar – ağaclar; Zəmin – asiman – yer-göy; Hərgiz – heç zaman, əsla; Nəxl – xurma ağacı, fidan; Xaki – tirə – qara torpaq; Pamal – ayaq altında qalmış; Binəhayət – sonsuz; Kilki – təqdir – qəzanın qələmi; Peyda – zahir, aşkar olmaq; Aləmsuz – dünyanı yandıran; Səng – daş; Münhəzim – pozulmuş, məğlub; Fəzayi – behişti-sürur – şadlıq behiştinin fəzası; Dəhr – zaman, dünya, aləm; Fərd – tək; Rəzm – müharibə, dava; Zərrin – qızıla tutulmuş şey, qızıl rəngli; Xəzra – yaşıl; Sinan – süngü, mizraq; Sədayi – seyl çəkər məddi-müttəsil – sel səsi uzanan səs kimi səslənir; Səvad – qaralıq; Kirdigar – Allah; Xosrov – padşah, hökmdar; Xab – yuxu; İnhiraf – dönmək, boyun qaçırmaq, rədd etmək; Siyəhru – üzü qara; Fərar – qaçmaq; Qürab – qarğa; Tab – taqət; işıq; qıvrım; Şəb – gecə; Qanda – harada; Sayə – kölgə; Hirz – qorunmaq; tilsim; Xakisar – toz-torpaq içində qalmış; pərişanhal; Həzar – min; bülbül; Bürhan – dəlil, sübut; Nəstərən – ağ gül; Təriq – yol; Gülnar – nar çiçəyi; Tirə – qaranlıq; Əzhar – çiçəklər; Əsrari – nihan – gizli sirlər; Xirəd – ağıl; Qürb – yaxınlıq; Zinhar – saqın; Bərg – yarpaq; Rəyahin – reyhanlar, çiçəklər; Xülq – təbiət; Xuni – qanlı, qan tökən; Xəm – əyri; Ariz – yanaq; Əsrar – sirlər; Səbəq – dərs; Dili – tirə – qaranlıq könül, tutqun könül; Naqil – nağıl edən, söyləyən; keçirən; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Əta – bəxşiş; Faş – zahirə çıxmaq, məlum olmaq; Güli – rə’na – qırmızı rəna çiçəyi; Can – ruh, bədən; Bigüman – şəksiz, şübhəsiz

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.