Əsas məzmuna keç

Qəsidə

Şol mübarək zatına işim sənadır, ya nəbi

Şah İsmayıl Xətai

1

Şol mübarək zatına işim sənadır, ya nəbi. Asiliğ bimarinə adın şəfadır, ya nəbi.

Ayağın toprağının qədrin nə bilsün hər kişi, Kün-fəkan ol toprağa kəmtər bəhadır, ya nəbi.

Ol məqamin kim, mələk yetməz süqufi-nə’linə, Ayağın altında ol bir xaki-padır, ya nəbi.

Qaldı sidrül-müntəha, keçdin fələkdən ta zəmin, Kim yetər, bu qədri-həqqə müntəhadır, ya nəbi.

Ey günəş yüzlü, səni hər kimsə ki, həq bilmədi, Danla məhşərdə anın yüzü qəradır, ya nəbi.

Çün sənin xoşluğuna yaratdı sane’ aləmi, Ayağın toprağına canım fədadır, ya nəbi.

Hər münafiq kim, sana könlündə inkar eylədi, Ta əbəd yanmağ cəhənnəmdə rəvadır, ya nəbi.

Həm sənin tə’rifin etdin, həm Əlinin ol ilah, Nişə kim, sən Mustafa, ol Murtəzadır, ya nəbi.

Bu Xətayi xəstəyə qılgil şəfaət ruzi-həşr, Çünki əslindən səninlən aşinadır, ya nəbi.

Lüğət: Şol – o; Səna – dua; Kün – fəkan – dünya, aləm; Kəmtər – lap az, azacıq, etibarsız; Bəha – qiymət, dəyər; Münafiq – günahkar, düşmən

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.