Şərəf
Dünyaya gəlmək – şərəf, Bu yurd üçün ağlayıb, Yurd üçün gülmək – şərəf. Ümid yerinə dönüb, Gözyaşı silmək – şərəf. Bu yurdda hər zərrənin Qədrini bilmək – şərəf. Dərdsiz insan olarmı, Yarasız xalq olarmı, Dərdi də, sevinci də Paylamaq, bölmək – şərəf. Döyüşdə əsgər olmaq, Torpaqda səngər olmaq, Millət üçün ağlayıb, Xalq üçün ölmək – şərəf!
2006, 2 aprel