Əsas məzmuna keç

Məsnəvi

ŞƏRAB HAQQINDA

Seyid Əzim Şirvani

2

Evlər yıxıldı dəhrdə şürbi-şərabdən, İbrət götür şərabın üzündə hübabdən, Hali-hübab mətləbimə bir işarədir, Bu ariyətsərada sözüm istiarədir. Əql ilədir şərafəti-insan zəmanədə, Pamal qılma əqli şərabü müğanədə. Mey bəzminin dolanma, əzizim, kənarına, Dəyməz səfayi-badeyi-gülgun xumarına. Hər kimsənin ki, xatiri mail əyağədir, Tutmaz əlini əql ki, meyli əyağədir. Badə dimağı fasid edər, ehtiraz elə, Naçar eyləsən bu təbəhkarı, az elə. Təqlid ilə bu mətləbi mən qılmıram bəyan, Bir neçə dəfə badə içib etdim imtəhan. Gördüm ki, içmişəm çıxıb əqlü şüurdən, Fərq etmədim cahanda ünası zükurdən. Məst olmasaydım, olmaz idim maili-zina, Məst olmasaydım, etməz idim cəngi-bərməla. Gərçi günahı az görünür camü badənin, Amma dərini fəth qılır hər iradənin. Harutu qıldı şürbü onun dərdə mübtəla, Marutu qıldı şürbü onun varidi-bəla. İçmə şərabi-nabı ki, ümmül-fəsaddır, Hər fitnədən şərab fəsadı ziyaddır. İçmə onu ki, içmədi peyğəmbəri-xuda, İçmə onu ki, içmədi sultani-övliya. Mey şürbü bil şəriəti-adəmdədir həram, Bu əmrə ənbiyayi-izam etməyib qiyam. Meyl etmə kim, şərabə, dimağə ziyanı var, İçməz o kimsə ki, xirədi-nüktədanı var. Seyyid edibdi tövbəni şürbi-şərabdən, Ümmidi var çəzadə qutarsın əzabdən. Asi qulundu əfv qıl, ey xaliqi-rəhim, Feyzindən eyləmə onu novmid, ya kərim!

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.