Əsas məzmuna keç

Heca şeiri

Şeirlər yetim qaldı

Zəlimxan Yaqub

1

İçimdə bir dağ uçdu, Saray çökdü, him qaldı. Heç bilmədim dünyada Kim qırıldı, kim qaldı.

Qan, qada, qorxu, hədə, Canda ağrıdan zədə, Vurmadığım pərdədə Çalmadığım sim qaldı.

Vaxt gəldi, vədə yetdi, Ömrün möhləti bitdi, Şairlər öldü getdi, Şeirlər yetim qaldı.

2003, 1 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.