Əsas məzmuna keç

Qoşma

Şeirim, qaldır sözü Tanrı taxtına

Zəlimxan Yaqub

1

İki cahanda da üzün ağ olsun, Üzağlığı gətir ağ varaqlara. En göyün üzündən bərəkət kimi, Şeirim, yağış kimi yağ varaqlara.

Günəşdən od istə, odunu versin, Torpaqdan dad istə, dadını versin, Göylərdən süd istə südünü versin, Buludu süd kimi sağ varaqlara.

İlham qanad versə şair baxtına, Dönər könül evi ruh paytaxtına. Şeirim, qaldır sözü Tanrı taxtına, Baş əysin ən uca dağ varaqlara.

2010, 22 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.