Əsas məzmuna keç

Sərbəst şeir

Şeirim mənim

Zəlimxan Yaqub

1

Arzunun işığı, ümidin yaraşığı, Eşqin dadı, ruhun qanadı, Ürəyin səsi, dodağın nəğməsi, Damarın qanı, sevginin dastanı, Qələmin mürəkkəbi, şairin təbi, Üfüqlərin nuru, zirvələrin qüruru, Tanrının üzü, Allahın sözü, Sənə bağlıdı, Birim mənim, Pirim mənim, şeirim mənim!

2010, 4 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.