Şeirim
Yazmışam, oxudum, mənası varmı, Barı, ürəkləri aldımı şeirim? Bilmək istəyirəm, uçub getdimi, Oxucu qəlbində qaldımı şeirim?
Sənət yollarında addım atdımı, Lövhə yaratdımı, ruha yatdımı, Dillərdə gəzdimi, xalqa çatdımı, Yoxsa, öz yanımda qaldımı şeirim?
Bulaq kimi süzüldümü, axdımı, Axdısa, yerində iz buraxdımı. Bu günümə, sabahıma baxdımı, Özünə bir yuva saldımı şeirim?
1968