Şeir yazacaq
Başımı, beynimi yorsa da fikir, Səhərlər yatmağa qoyma sən məni. Yuxu dəniz kimi dibinə çəkir, Quylanıb batmağa qoyma sən məni.
Şairin odlu bir təbiəti var, Dilində söz yanar, qəlbində ocaq. Xəyalı dağılsa, dünya dağılar, Yuxusu dağılsa şeir yazacaq.
1976, 2 iyun