Şeir Tanrı duasıdır
Gündüz keçib gedən ömür özümün yox, özgənindi, Şair tapır öz ömrünü səssiz keçən gecələrdə.
Düşüncəsi yerlə göyün vəhdətindən tutub maya, Özü yerdə, fikri-zikri yüksəklərdə, ucalarda.
Əldə qələm, öndə varaq, baxışları çıraq-çıraq, Ömür gedir, vaxt əriyir misralarda, hecalarda.
Şeir sevgi nəğməsidi gəncliyimin dodağında, Şeir Tanrı duasıdır müdriklərdə, qocalarda.
2005, 3 dekabr