Əsas məzmuna keç

Gəraylı

Şeir

Zəlimxan Yaqub

2

Şeir – haqqın duasıdır, Şeir – için aynasıdır. Şeir – qəlbin ziyasıdır, Şeir – ziyadan doğulur.

İynəylə gor qazıb çıxır, Yazdığını yazıb çıxır. Damla-damla sızıb çıxır, Daşdan, qayadan doğulur.

Ürəklərin ahı – şeir, Könüllərin şahı şeir, Şairin Allahı şeir, Kökdən, mayadan doğulur.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.