Şəhər qocası
İmkanımız ətəkdə süründü zaman-zaman, Olsa da hər arzumuz ucaların ucası.
Korun-korun alışdıq, tüstüləndi içimiz, Yanar ağzımız oldu tüstülərin bacası.
Zaman çox böyükləri xırdaladı pul kimi, Həyatla düz gəlmədi qafiyəsi, hecası.
Bu dünya mənimlə də çox oyunlar oynadı, Mən bir kənd uşağıydım, oldum şəhər qocası.
2009, iyul