Əsas məzmuna keç

Qoşma

Şəfa ver

Məxdumqulu Fəraqi

1

Bu çöldə rəhm eylə qərib halıma, Aləmi yaradan sübhan, şəfa ver. Bu yaralı, dərdli şirin canıma, Ya Mustafa, fəxri-cahan, şəfa ver.

On iki imam, biri-birindən sərvər, Yeddi vəli, yaran olub, mədəd ver, Məşhəd, Qara Baba, ya şes peyğəmbər, Həsən, Hüseyn, Şahi-mərdan, şəfa ver.

Nuh peyğəmbər, nəzər eylə bir nəfəs, Ömrümü bihudə keçirdim – əbəs, Zəkəryə peyğəmbər, ya Xıdır İlyas, Kavus, Qiyas, Musa, İmran, şəfa ver.

İbrahimin candan ayrıldı tabı, Kəbə varan hacı tapar səvabı, Qara Aləm ata, ya Xələt nəbi, Gözlü ata, Baba Salman, şəfa ver.

Özün doğru gözlə, ya rəbbim cəlil, Hamının rizqinə sən özün kəfil, Ya Davud, ya Cərcis, İbrahim Xəlil, Əbubəkr, Ömər, Osman, şəfa ver.

Dad edib, dilimdən qıldım fəğanlar, Yaş yerinə axdı gözümdən qanlar, Xarəzm yurdunda yatan cananlar, İsmi Mahmud – ər pəhlivan, şəfa ver.

Mövlam, yetir məskənimə, yurduma, Üzüm düşsün aslanıma, qurduma, Məxdumqulu deyər, mənim dərdimə, Dünyanın təbibi Loğman, şəfa ver.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.