Əsas məzmuna keç

Heca şeiri

Şairlərin qisməti

Zəlimxan Yaqub

1

Sinəsi dağ-dağ olmaq şairlərin qisməti, Sinəm üsyan meydanı, qızarmış şişə qarşı. Zərbələrim hazırdı buynuzları qırmağa, Yumruqlarım qayadı qıcanmış dişə qarşı.

Neçə hiylə, neçə tor, neçə qarmaq, tilov var, Təpəmizdən od çıxır, canımızda alov var. Dünya geniş olsa da, min-min əsir, girov var, Şər oynadır atını hər xeyir işə qarşı.

Canda qeyrət yoxdusa, heyif boya, duruşa, Qeyrətsiz keçən ömür dəyməz bircə quruşa. Şair Don Kixot deyil dəyirmanla vuruşa, O vuruşur tərs gələn çərxə, gərdişə qarşı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.