Əsas məzmuna keç

Qoşma

Şairlər eşidir

Zəlimxan Yaqub

1

Həyatda ən şirin şeirə çevirdim, Yuxuda qəlbimə axan səsləri. Günəşdən torpağın üstünə enib, Torpaqdan Günəşə qalxan səsləri.

Tanrı öz payından göndərib yerə Bu xan avazları, bu xan səsləri. Kamandan eşitdim, sazdan dinlədim, Ruhumu yandırıb-yaxan səsləri.

Haqdan enən səsin səcdəsinə gəl, Ürəkdə atəşdi, könüldə məşəl. Şairlər eşidir hamıdan əvvəl, Mələk dodağından çıxan sözləri.

2005, 14 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.