Əsas məzmuna keç

Gəraylı

Şairlər

Zəlimxan Yaqub

1

Gözə dayaq, ruha bayraq, Haqqa silahdı şairlər. Qaranlıqdan aydınlığa Çıxan sabahdı şairlər.

Ruhu kövrək, qəlbi zərif, Ariflərdən qat-qat arif. Cahanşah, Xətai, Vaqif, Vəzirdi, şahdı şairlər.

Baxışlara enəndə çən, Dərd olanda dağlara tən, Bir millətin sinəsindən Yüksələn ahdı şairlər.

Özü ulu, sözü baha, Ona ölüm yoxdu daha. Ağır gəlməsin Allaha, Yarımallahdı şairlər.

2003, 23 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.