Əsas məzmuna keç

Qoşma

Şairin sözü

Zəlimxan Yaqub

1
Fərman padşahındı, dağlar bizimdi. Dadaloğlu

Bir söz sultanını dara çəkdilər, Əfşar ellərindən qopdu bu səda. Şairi nə qədər endirsələr də, Sözdən yuxarıda nə var dünyada.

Dahi zamanları nura bələdi, Qaldı damaqlarda “Xəmsə”nin dadı. Min şah bir ölkədə şahlıq eylədi, Bir şair şöhrəti qazanammadı.

Şairi axtarar şairin gözü, Dar gündə harayla, çağır – gələcək. Bütün zamanlarda şairin sözü, Şaha fərmanından ağır gələcək.

2010, 12 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.