Əsas məzmuna keç

Qoşma

Şairin

Zəlimxan Yaqub

1

Diri-diri dərisini soyarlar, Əngəl olar dil başına şairin. Şimşək vurar, dolu döyər, qar basar, Oyun açar sel başına şairin.

Sərt inadı qayaları oynadan, Təmiz eşqi çeşmələri qaynadan. Paltarını nimdaş görüb, ey nadan, Gül üstünə, gül başına şairin.

Ruhumuzun kitabına dönəcək, Əzabkeşin əzabına dönəcək. Bir gün xalqın kitabına dönəcək, And içəndə el başına şairin.

İşıq olub ulduzlardan ələndi, Çiçək olub minbir rəngə bələndi. Ey ağılsız, peyğəmbərdən gələndi, Ağıl qoyma, gəl, başına şairin.

Parçalayar daş zindanı, qəfəsi, Haqq veribsə, şər batırmaz bu səsi. Yerdən çıxsa bulaq kimi nəğməsi, Göydən yağar gül başına şairin.

Yazıqlaşıb qorxa-qorxa dinirsə, Bircə əsim sərt küləkdən sönürsə, Zirvəsindən bircə barmaq enirsə, Kül başına, kül başına şairin.

2006, 2 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.