Əsas məzmuna keç

Qoşma

Şairin

Zəlimxan Yaqub

1

Qibləsi fikirdi, tanrısı sözdü, Allaha doğrudu yönü şairin. Ürəkdən su içər kövrək arzular, Sünbülə çevrilər dəni şairin.

Götürər mayanı kökdən, budaqdan, Sözü zaman-zaman düşməz dodaqdan, Zaman kar olanda iki qulaqdan, Batar öz içində ünü şairin.

Qəlbinə dünyanın çökər zülümü, Daşıyar qayğını, çəkər zülümü. Yalan qənimidi, böhtan ölümü, Ancaq həqiqətdi dini şairin.

Onun çəkmədiyi ağrı-acı yox, Sözündən bahalı başın tacı yox. Göydəki Günəşə ehtiyacı yox, İlhamından doğar günü şairin.

Yanğıdan yaranıb, sevgidən qopub, Könül yandırmayan bayatı yoxdu. Sevgisiz, ilhamsız, sözsüz, nəğməsiz, Şairin bircə gün həyatı yoxdu.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.