Əsas məzmuna keç

Qoşma

Şairəm, siz məni qınamazsınız

Zəlimxan Yaqub

1

Ey məni duyanlar, məni sevənlər, Ömrüm bağçasında bahar-yazsınız. Telləri gümüşdən, üzü sədəfdən, Siz mənim qəlbimdə dinən sazsınız.

Şeytanın zəhməti hədərdi, hədər, Dost olan ürəkdən gen düşər kədər. Sayınız olsa da ulduzlar qədər, Mənimçün azsınız, yenə azsınız.

İsti yuvamsınız – uçan quş olsam, Dərmanım sizsiniz – dərdə tuş olsam. Arada kimisə unutmuş olsam, Şairəm, siz məni qınamazsınız.

2004, 21 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.