Əsas məzmuna keç

Sərbəst şeir

Şair yatmır

Zəlimxan Yaqub

1

Şair yatmır gecələr, Yatanların dərdini, Yığıb canına çəkir.

Şair yatmır gecələr, Kağız su çəkən kimi, İnsan ağrılarını, Bir-bir qanına çəkir.

Şair yatmır gecələr, Sözlə sözü-söhbəti, Xoruz banına çəkir.

Şair yatmır gecələr, Dan yerindən rəng alıb, Şirinə xına çəkir.

2010, 2 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.