Əsas məzmuna keç

Gəraylı

Şair xoşbəxtliyi

Zəlimxan Yaqub

1

Şair nə vaxt xoşbəxt olur? Sözü gültək dərən günü. Duyğuları ürəklərdə, Çiçək kimi sərən günü.

Şair nə vaxt xoşbəxt olur? Haqqa könül verən günü. Sinəsini tufanlara, Qaya kimi gərən günü.

Şair nə vaxt xoşbəxt olur? Yaradanı görən günü. Onun könül dünyasına, Tanrı söz göndərən günü.

Şair nə vaxt bədbəxt olur? Fikrin pərən-pərən günü. Dəftər, qələm əldən düşüb, İlham üz döndərən günü.

2002, 11 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.