Əsas məzmuna keç

Heca şeiri

Şair unutmursa

Zəlimxan Yaqub

2

Məhəbbətsiz yer üzündə tanrı heç nə yaratmadı, Bulaqların zümzüməsi, dənizlərin ləngəri var.

Hər gülüstan çiçəklərin həyat eşqi, görüş yeri, Hansını istəsən qoxla, min cür ətri-ənbəri var.

Məğlubolmaz igidlərə güc torpaqdan bağışlanar, Qaya döşü, dağ arxası, yurd adlanan səngəri var.

Yerdə olan sevgiləri göylərə çatdırmaq üçün, Hər zamanın öz Bilalı, öz məscidi, minbəri var.

Şair əgər unutmursa haqqın ona verdiyini, Demək, başının üstündə Allahı, peyğəmbəri var.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.