Əsas məzmuna keç

Qoşma

Şair sözü

Zəlimxan Yaqub

1

Şair dodağından çıxan sözə bax, Elə bil od olub qanından çıxır. Kəsəri Tanrıdan, ovxarı Haqdan, Qılıncdı, sıyrılıb qınından çıxır.

Fikrində dumanlar, başında çənlər, Gözündə şimşəklər, saçında dənlər. Ağrıdı, əzabdı şair deyənlər, Dərd olub, ah olub canından çıxır.

Tanrıdı hər işə, hər sirrə agah, Təzə bir ümiddi hər gələn sabah. Heç yerdə şairi tək qoymur Allah, Harda dara düşsə, yanından çıxır.

2005, 20 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.