Əsas məzmuna keç

Heca şeiri

Şair qazancı

Zəlimxan Yaqub

1

Gözüm çiçəklərin görüş yeridi, Üzüm şəfəqlərin öpdüyü yerdi. Bu yaşıl gözəllik qadir Allahın, Nurunu üstümə səpdiyi yerdi.

Ruhuma, qəlbimə meh sığal çəkər, Küləklər saçımın nazınnan oynar. Təbiət könlümü qanadlandırar, Gözəllik könlümün sazınnan oynar.

Rəssamı tanrıdır bu lövhələrin, Sevməmək olarmı bu gülüstanı? Güllərin hamısı qan rəngindədir, Bəlkə, ona görə coşdurur qanı?

Qərib bir qonağam bu gözəlliyə, Çiçək sirdaş bilər, çeşmə yar, məni. Budur son qazancı şair olmağın, Gözəllik hər yerdə ağladar məni.

2002, 12 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.