Şair ömrü
Üzdüm dənizləri, aşdım dağları, Öpdüm bulaqları, keçdim çayları. Dörd fəslin başına döndüm, dolandım, Ömrümə, günümə yazdım ayları. Açıldı toylarda qolum, qanadım, Yaslarda yaşadım ahı-vayları. Zamanın yükünə çiynimi verdim, Daşıdım dərd adlı ağır tayları. Gördüm yaxşılardan yaxşılıqları, Heç vaxt unutmadım haqqı-sayları. Memar daşdan qurdu, daşdan ucaltdı, Mən sözdən yaratdım ağ sarayları. Halal bir nəfəslə qəbul eylədim, Allahın verdiyi halal payları.
2009, 11 aprel