Əsas məzmuna keç

Qoşma

Şair Nağı

Aşıq Ələsgər

1

Bir şair çıxıbdı Yekəallardan*, Bəyənməyib Göyçəlinin gərməsin. Simeh tapıb, heç qurtarmaz azardan, Onun dərdin heç gözlülər görməsin.

Birisi molladı, biri kalvayı, Haqq özü buyurub mehmana sayı.

Adı şair, özü himarın tayı, İncidib, qonağa zəhmət verməsin.

Molla Əli naməni yazandan bəri, Bu söz çox incidir qul Ələsgəri. Təvəqqəm var, Şəmşəddinin bəyləri, Acıqlanın çal köpəyə, hürməsin!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.