Əsas məzmuna keç

Qoşma

Şair Nağı

Aşıq Ələsgər

3

Qarışdırma Şəmşəddini, Göyçəni, Kəndindən kəndimə yaz, Şair Nağı! Hərca dilin salar bəlaya səni, Çox da bilsən, danış az, Şair Nağı!

Arvadlar ki, əlin vurar qalağa, Yuyarlar, gün vurar, çıxardar sağa,

Xub yaraşır sənin kimi ulağa, Noxta, torba, palan, biz, Şair Nağı!

Bir ocaqdı, hədyan demə təndirə, Dədən çox yeyibdi, söymə pendirə, Qəza vurdu, başın keçdi kəndirə, Sağlıqdan ümidin üz, Şair Nağı!

Göyərib gicirtkan, baş verib çaşır, Doldur dağarcığı Göyçəyə aşır, Elə billəm, qoca çaqqal ulaşır, Olsa sənin kimi yüz, Şair Nağı.

Şəmşəddin iyiddi, aləmdə məşhur, Aldədədə olur möcüzat zühur, Əl çəkmərəm səndən dəm olunca sur, Vaxt ikən qəbrini qaz, Şair Nağı!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.