Əsas məzmuna keç

Qoşma

Şair dağlarındı, dağlar şairin

Zəlimxan Yaqub

1

Torpağı alışıb, yurdu talansa, Çəkilər qəlbinə dağlar şairin. Həsrətdə qovrulub, qürbətdə yansa, Buludlar üstündə ağlar şairin.

Bitər kökü üstə ağac yerinə, Toxunar ərişlə arğac yerinə. Dərman əvəzinə, əlac yerinə, Torpaq yarasını sağlar şairin.

Qarşıdan yaz gəlir, səməni varsa, Arı bal çəkəcək, çəməni varsa. İtkisiz, zədəsiz Vətəni varsa, Şair dağlarındı, dağlar şairin.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.