Əsas məzmuna keç

Heca şeiri

Şair dağ çayıdı

Zəlimxan Yaqub

1

Şair dağ çayıdı, başı bəlalı, Özünü o daşa, bu daşa çırpar. Olmaqçün dünyanın dərdindən halı, Başını tarixə, yaddaşa çırpar.

Vətən Məcnunudu, safdı, dəlidi, Millətin bayraqtək qalxan əlidi. Şairə öz xalqı “can” deməlidi, Yaxın istəməsə, yad daşa çırpar.

Sevinir yetirib bitirəndə xalq, Ağlayır çiyninə götürəndə xalq, Böyük istedadı itirəndə xalq, Bir dizə çırpanda beş başa çırpar.

Kislovodsk, 2005, 17 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.