Şair
Mövzularmı yoxa çıxdı, duyğularmı tükəndi, Bəlkə, daha deyiləsi sözü yoxdur şairin. Ürəyin qapıları gözəlliyə bağlanıb, Bəlkə, daha görmək üçün gözü yoxdu şairin.
Yüzilliklər, minilliklər gəlib- keçir aradan, Zaman özü bircə-bircə seçir ağı qaradan. Hər şairə öz yanında yer göstərmir Yaradan, O dərgahda biri varsa, yüzü yoxdur şairin.
İlham dağın çeşməsidir, söz çəmənin çiçəyi, Haqdan gəlsə solan deyil, sözün bircə ləçəyi. Bəndə ilə danışmağa yoxsa dili, dilçəyi, Allah ilə görüşməyə üzü yoxdur şairin.