Şahları şair tanıyar
Bir ömürdə nələr çəkdim, Mən çəkdiyim ahlar bilər. Qar saçıma niyə yağdı, Tutduğum günahlar bilər.
Haqqı bilən bir tanıyar, Bir tanıyan pir tanıyar. Şahları şair tanıyar, Şair kimdi, şahlar bilər.
Cavan gəldim, qoca keçdim, Zülmət yardım, gecə keçdim. Necə gəldim, necə keçdim, Açılan sabahlar bilər.