Əsas məzmuna keç

Heca şeiri

Şahdağ

Zəlimxan Yaqub

1

Ətəyində çiçək gördüm, papağında qar, Gəlib səndə doğmalaşıb qış ilə bahar. Hər daşında bir ovçunun xatirəsi var, Adın bizə müqəddəsdi, uludu, Şahdağ.

Dağ həsrəti çox yağdırıb saçıma dəni, Yenə öpmək istəyirəm dumanı, çəni. Səni görüb kövrəlsəm də, qınama məni, Şair qəlbi gözəlliyin quludu, Şahdağ.

1977, 25 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.