Əsas məzmuna keç

Qoşma

Şahbulaq

Zəlimxan Yaqub

1

Dinlə ürəyimdən gəlib-keçəni, İstərəm arzuma çatım, Şahbulaq. İzin ver bu gecə səhərə kimi Səninlə baş-başa yatım, Şahbulaq.

Əziz saxlayaram hər an xətrini, Ürəyim yananda bildim qədrini. Bulaq saflığını, çəmən ətrini Gərək varlığıma qatım, Şahbulaq.

Ürəyim doluydu arzuyla, kamla, Bir şeirə çevrildi hər nurlu damla. Gəldim görüşünə Yusif qağamla, Qalsın yaddaşında adım, Şahbulaq.

Arxamı dağ kəssin, önümü qaya, Qarışa bilməyim bir axar çaya. Gözümlə baxmasam gözəl dünyaya, Quruyum, gözümdən batım, Şahbulaq.

1977, 28 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.