Əsas məzmuna keç

Qoşma

Şah taxtını qul baxtına döndərər

Zəlimxan Yaqub

1

Şah taxtını qul baxtına döndərər, Haram şöhrət, haram dövlət, bir də mal. Bir şəhərdə yeddi saray yapınca, Get bir kəndin qulağında bir dam al.

Hünərin var, haqq işinə qarış, di, Ömrümüzün boyu bircə qarışdı. İnsan bəxti neçə rəngə qarışdı, Bir dəm yaşıl, bir dəm qara, bir dəm al.

Haqdan başqa varsa ayrı ocaq, dan, Qoy alışsın ocaq axşam, ocaq dan. Dar komada isindiyin ocaqdan Bir əl qızdır, bir ləzzət çək, bir dəm al.

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.