Əsas məzmuna keç

Heca şeiri

Şah başında tac kimi

Zəlimxan Yaqub

1

İyirmi gün tamamdı, evimdən uzaqdayam, Vurnuxuram, hər şeyə, yerə, göyə ac kimi. Allah! Bir-birimizə necə doğmalaşmışıq, Ev qurulu bir xana, mən əriş-arğac kimi. Gedib uzaq elləri gəzsə də, dolansa da, Hər kəsə öz evi xoş, ağrıya əlac kimi. Buludlarla öpüşüb başın göyə dəysə də, Gərək öz həyətində bitəsən ağac kimi. Hər kişinin evinə istəyi, məhəbbəti, Gərək ucada dursun şah başında tac kimi.

2002, 19 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.