Əsas məzmuna keç

Heca şeiri

Səyyah nəğməsi

Zəlimxan Yaqub

2
Eyni adlı şeirin müəllifi, dahi alman şairi İohan Volfqanq Höteyə

“Səyyah nəğməsi”ni yazan nəğməkar, Bu yurdu görməmək günah olarmış. Ürəkdə duyğular tanrılaşanda, Nə qüssə, nə kədər, nə ah olarmış. Qaya kölgəsində axşam düşərmiş, Ağac kölgəsində sabah olarmış. Göy çəmən qucağı, gur bulaq başı, İnsana ən ulu dərgah olarmış. Ətəkli meşələr, zirvəli dağlar, Gözəllik taxtında bir şah olarmış. Ən böyük səyyahlar şairlər olub, Ən güclü şairlər səyyah olarmış. İnsan gəzə-gəzə peyğəmbərləşər, İnsan duya-duya Allah olarmış!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.