Əsas məzmuna keç

Qoşma

Seyran içində

Məxdumqulu Fəraqi

1

Ey yaranlar, müsəlmanlar, Bir gecə seyran içində, Otuz iki kişi gördüm Ol Şahi-mərdan içində.

Olara verdim salamı, Sordular sağlıq kəlamı, Şeyxü seyyid − Mövla Cami, Ol yeddi sultan içində.

Sultan Veys Pəhlivani, Həkim Ata Süleymani, Xoca Yusif Həmədani Ol şahi-Kənan içində.

Türküstan yiyəsi sərvər, İmam Kazım, imam Cəfər, Yəhya ilə Nuh peyğəmbər, Bəyazid sultan içində.

Gözəl pirlər, gözəl yarlar, Çəkdilər bu yolda zarlar, İmam Rza şahi-pirlər, Neçə gözəl can içində.

Məxdumqulu, sirrim çoxdur, Mən neyləyim, açan yoxdur, Ölmək haq, dirilmək haqdır, Oxudum Quran içində.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.