Sevmək iləni
Eşqin odu xüruc alıb badlanır, Heç sönməyir, yarım, sevmək iləni. Yeni başdan dərd atına atlanır, Heç getməz qapımdan qovmaq iləni.
Bədəsildə ağıl olmaz, dərd olmaz, Min tülkü yığilsa, bircə qurd olmaz, Namərd kişi ta ölüncə mərd olmaz Tərif edib onu öymək iləni.
Yaxşı ər qədrini öz eli bilməz, Başına iş gəlsə, yanına gəlməz, Ol mərd igid zarlar, dərdi əskilməz, Dad edib «Ya elim» demək iləni.
Balıqçı der: salım var da, suyum yox, Namərd mehman görsə deyər: öyüm yox, Bil, insan oğluna maldan doyum yox, Yaxşı geyib yenə yemək iləni.
Dostlar, deyin, zəmin haçan qanarmış, Pis niyyətdən, pis feldən dönərmiş, Adəm oğlu bircə onda dinərmiş, Ol amanat canın vermək iləni.
Dünya, heç bilməzdim belə basarsan, Sən əlsiz tutarsan, ipsiz asarsan, Fəraqi, dilin yığ, dilin kəsərsən, Ağ don geyib yerə girmək iləni.