Sevirəm
Dünya, səni sevirəm, Sevgini nifrətə döndərmə! Həyat, səni sevirəm, İşığı zülmətə döndərmə! Tale, səni sevirəm, Vüsalı həsrətə döndərmə! İnsan, səni sevirəm, Vətəni qürbətə döndərmə! Zaman, mən səni sevirəm, Sərvəti rüşvətə döndərmə! Tanrı, mən səni sevirəm, Şadlığı zillətə döndərmə! Çəkilməz zülümü, amansız ölümü, Şərəfsiz həyatı, Bəd gələn saatı Heç kəsin bəxtinə, Heç kəsin evinə Göndərmə! Göndərmə! Göndərmə!