Əsas məzmuna keç

Heca şeiri

Sevindir zamanı

Zəlimxan Yaqub

1

Sevindir yolları səfərlərinlə, Yolçusu yoxdursa, yolda səs olmaz. Arzu çağırmasa, səs aparmasa, İnsan təbiətlə həmnəfəs olmaz.

Sevindir göyləri baxışlarınla, Göylərdə sevginin naxışı qalsın. Ulduz yaddaşında, Ay yaddaşında, Kövrək bir şairin baxışı qalsın.

Sevindir zamanı dualarınla, Sabahdan sonrakı sabah sevinsin. Allah ürəyini açsın bəndənin, Bəndəyə baxanda Allah sevinsin.

2003, 10 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.