Əsas məzmuna keç

Heca şeiri

Sevindi canlı-cansız

Zəlimxan Yaqub

1

Qurban olum Allaha, Dünyanı sirr yaratdı. Hər şeyi cüt yaradan, Özünü bir yaratdı.

Öpüşəndə su-torpaq, Gül açır dodaq-dodaq. Sevəni sönməz ocaq, Sevgini pir yaratdı.

Sevindi canlı-cansız, Heç kəs qalmadı yalqız. Tanrı səni gözəl qız, Məni şair yaratdı.

2005, 3 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.