Əsas məzmuna keç

Heca şeiri

Sevginin gözüylə baxsan dünyaya

Zəlimxan Yaqub

1

Sevginin gözüylə baxsan dünyaya, Ulduzu böyüdüb Ay görəcəksən, Çeşməni böyüdüb çay görəcəksən. İnsanı qaldırıb ucalıqlara, Bəndəni Allaha tay görəcəksən.

Damlada dəryanı tanıyacaqsan, Zərrədə dünyanı tanıyacaqsan. Bir ovuc torpaqda, bir damla suda, Bütöv bir cahanı tanıyacaqsan.

Sevginin gözüylə baxsan dünyaya, Qəlbində bir zərrə kin olmayacaq. Tanrının işığı yanan ürəkdə, Şeytan olmayacaq, cin olmayacaq. Dinlərin içində səndən ötəri, Sevgidən müqəddəs din olmayacaq.

Qayna çeşməsində, çağla selində, Qarış sularında, ax, gözəl olsun. Çirkin də görünər, gözəl də dünya, Sevginin gözüylə bax, gözəl olsun.

2001, 5 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.