Əsas məzmuna keç

Heca şeiri

Sevgimi dəfn eylədim

Zəlimxan Yaqub

1
Həyat yoldaşını çox erkən itirmiş bir kişinin dilindən

Könlü zərif bir çiçək, qəlbi xallı kəpənək, Göydən gülüş yağardı o deyib-gülən günü. Onun doğum günündə yenidən doğulardıq, Qoşa bayram edərdik dünyaya gələn günü.

Şirin nə var dünyada anamız həyat qədər, Yüz il yaşasaq belə, qısadır saat qədər. Sinəm genişlənərdi sonsuz Kainat qədər, Sevgilim sevincini mənimlə bölən günü.

Rəngin ağappaq kəfən, qapqara bulud mənəm, Daş dinər, lal dillənər, səssizlik, sükut mənəm. Torpaqda yatan odur, çürüyən tabut mənəm, Sevgimi dəfn eylədim sevgilim ölən günü.

2006, 12 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.