Əsas məzmuna keç

Heca şeiri

Sevgim

Zəlimxan Yaqub

1

İçəndə ürəkdən oxay dedim mən, Bulağın gözünü, suyunu sevdim. Qarlı zirvəsindən baxdım düzlərə Dağların vüqarlı boyunu sevdim. Analar evinə gəlin gətirdi, Payızda qızların toyunu sevdim. Vuruldum torpağa vurğun göylərə, Axarlı göylərə, durğun göylərə. Vətənə can dedim, anamı sevdim, Atamı, qeyrəti, inamı sevdim. Ellərin qəlbində məskən eyləyən, Dənizi, dəryanı, ilhamı sevdim. Sevirəm sözünü tutarmı dilim, Bu qədər sevgini kim yaşadır, kim? Sevincim, fərəhim dönməzmi yasa, Bu torpaq, bu Vətən, bu yer olmasa!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.