Sevgilim
Könlünə dəyməsin hər xırda kəlmə, Qoymaram ürəyin sına, sevgilim. Yalanı, gerçəyi bilmək istəsən, “Sevgilim” deyəni sına, sevgilim.
Yaxın gəl, sinənə əyilsin başım, Eşqinlə çay kimi qaynayım, daşım. Toyumu gözləyən qohum-qardaşım, Qoysun əllərinə xına, sevgilim.
Gözümüz doludu, könlümüz də tox, Yüz il ömr eyləyək, nə az, nə də çox. Bir gün ayrı düşsək, onda məni yox, Ana təbiəti qına, sevgilim.
1973