Əsas məzmuna keç

Heca şeiri

Sevgidəndi

Zəlimxan Yaqub

1

Sənsiz quşlar uçarmı? İnana bilmirəm mən! Sənsiz dağlar, dərələr, Bir-birini qucarmı? İnana bilmirəm mən! Sənsiz güllər açarmı? İnana bilmirəm mən! Sənsiz gözəl, gözəllik İşığını saçarmı? İnana bilmirəm mən! Harda yaxşı nə görsən, Bil ki, onun mayası, Sevgidəndi, sevgidən!

1996, 4 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.