Əsas məzmuna keç

Heca şeiri

Sevgi dili

Zəlimxan Yaqub

2

Gözəl bir həkim gəlib, Danışır asta-asta mənim xəstəliyimdən. Dilmanc yoxdu yanımda, çətinlik çəkirəm mən. Nə o danışa bilir Azərbaycan dilində, Nə mən danışa billəm, təmiz alman dilində. Ancaq bir-birimizi gözəl başa düşürük ruh ilə can dilində. Dilə ehtiyac olmur Baxışlar danışanda Əsl sevgi dilində, əsl insan dilində!

Almaniya, München şəhəri, 2008, 12 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.