Sevgi budur
Dağa-daşa düşüb gəzmə sevgi deyə, Sevgi budur, gözümüzün qabağında. Külək vurar, yağış öpər, meh sığallar, Sevgi budur, çiçəklərin yanağında.
Tanrı eşqi baş tacıdı, göz nurudu, Sevilənlər sevənlərin qürurudu. Haçan baxsan göz yaşından dumdurudu, Sevgi budur, baxışların bulağında.
Yerə əyil, yurda sağlam toxumlar ək, Ətrini duy, suyunu ver, nazını çək. Öləndə də qəbrin güllər bitirəcək, Görəcəksən sevgi bitib torpağında.
2000, 3 sentyabr