Əsas məzmuna keç

Gəraylı

Sevgi adlı şaha qurban

Zəlimxan Yaqub

1

Mən insanam – Allah mənim, Adəm mənim, Nuh mənimdi. İşıq məndə, səhər məndə, Könül mənim, ruh mənimdi.

Yaradan bir, Tanrı birdi, Birin işi bağlı sirdi. Hamının sonu qəbirdi, Bir qəbir də eh... mənimdi.

Güc, təpər dizdən ötrüdü, Gözəllik gözdən ötrüdü. Hər nə var bizdən ötrüdü, Gah sənindi, gah mənimdi.

Mələk mənəm, fələk mənəm, Qanad mənəm, lələk mənəm, Çöldə bitən çiçək mənəm, Üstündəki şeh məmimdi.

Açılan sabaha qurban, Tükənməz iştaha qurban, Sevgi adlı şaha qurban, Mən şahınam, şah mənimdi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.